Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:09

Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi yaradılıb


Bu barədə mərkəzdən məlumat verilib. Mərkəzi Heydər Əliyev Fondu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə yaradıb. Mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, kompyuter mərkəzi var. Oxu zalında gözdən əlillər üçün brayl əlifbası ilə nəşr olunmuş 1000-ə yaxın kitab, habelə zəif görən insanlar üçün böyük şriftlə çap edilmiş kitablar, 4 ədəd brayl displeyi, 2 ədəd «kitab həvəskarı – kompakt» sərbəst oxuyan maşın, 2 ədəd «videolight» böyüdücü cihazı və müvafiq printer var.

Mərkəzdəki kompyuterlər əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən oyunlarla təmin edilib. Kitabxanada nitq və eşitmə problemi olanlar üçün subtitrli filmlər də göstəriləcək.

Mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən ümumilikdə 60 mindən çox fiziki qüsurlu insan yararlana biləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG