Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:38

Goranboy rayonunda qədim dövrlərə aid kərpic kürəxanası aşkarlanıb


Gəncə Arxeoloji Ekspedisiyasının rəisi Arif Məmmədovun verdiyi məlumata görə, kürəxana Goranboy rayonunun Kələk kəndində apardığı arxeoloji işlər zamanı tapılıb. Kürəxananın təxminən 12-ci əsrə aid olduğu və həmin dövrlərdə burada kərpic istehsal olunduğu bildirilir.

«12-ci əsrə aid olduğunu o sübut edir ki, o dövrlər istehsal olunan kərpiclər təxminən 23-24 santimetr qalınlığında olub. Belə kərpiclərdən yenə Goranboy rayonu ərazisində Bozdağı ətəyində Şirinbulaq deyilən yerdən tapılıb. Hansı ki, həmin Şirinbulaq Nizami dövründən qalıb».

A. Məmmədov deyir ki, kürəxananın aşkar olunan sahəsi 10 kvadrat metrdir. Amma ümumi sahə arxeoloji qazıntılardan sonra məlum olacaq. Qazıntılara isə yaxın vaxtlarda başlanılması planlaşdırılır. Qeyd edək ki, indiyədək Goranboy rayonu ərazisində 113 tarixi abidənin olduğu müəyyən edilib. Yeni tapılan kərpic kürəxanası isə bu sırada 114-cü olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG