Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:04
Ötən ilin Nobel mükafatçısı, Peru yazıçısı Mario Varqas Lyosanın Argentinaya gözlənilən səfəri ətrafında qalmaqal yaranıb.

Argentinanın sosialist prezidenti Cristina Fernandez-in tərəfdarları ona apreldə Buenos-Ayresdə keçiriləcək beynəlxalq kitab yarmarkasında açılış nitqi söyləmək imkanının verilməsinə mane olmağa cəhd ediblər.

Prezident Administrasiyasının rəhbəri Anibal Fernandez liberal dəyərlərin və azad bazar münasibətlərinin qatı tərəfdarı olan Lyosanı "mürtəce sağçı" adlandırıb:

"Varqas Lyosa xalqçı hökumətlərin düşmənidir.

Xüsusən Argentinadakı hökumətin. O, Argentina hökumətini səbəbsiz olaraq dəfələrlə təhqir edib".

Bundan sonra Argentina Milli Kitabxanasının rəhbəri də kitab yarmarkasının təşkilatçılarına məktub yazaraq Lyosanın dəvətini ləğv etməyə çağırıb.

Bir neçə ziyalı isə yazıçının çıxışına veto qoyulmasını tələb ediblər.

Hökumət tərəfdarları yazıçının yarmarkadakı çıxışından Argentina prezidenti və Latın Amerikasının digər populist liderlərini tənqid etmək üçün istifadə edəcəyindən ehtiyatlanırlar.

Kristina Fernandez
Amma qalmaqal böyüyəndən sonra məlumat yayılıb ki, prezident öz tərəfdarlarını yazıçının çıxışına veto qoymaq cəhdlərindən çəkinməyə çağırıb, ölkəsinin fikir azadlığına sadiq olduğunu deyib.

Lyosa bütün bunlara münasibət bildirərkən Argentinanı "həftəbecər" adlandıraraq "heç kəsin bu ölkəni anlaya bilmədiyini" deyib:

Güman ki Argentinanın son onilliklərdə yaşadığı siyasi kataklizmlərə işarə vuran yazıçı "Argentinalılar yaşadıqları faciələrə görə məsuliyyət daşıyırlar, onların başına gələnləri elə bir ədalətsizlik adlandırmaq da olmaz" deyib.


Həmçinin oxu
Nobel mükafatlı yazıçı xanım siyasətçiyə qarşı
Prezident yazıçının müraciətindən sonra öz fərmanını ləğv etdi

Günün bütün mövzuları

XS
SM
MD
LG