Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:13

Obama Qaddafi rejimi üzvlərinin cavab verməli olacaqlarını bildirir


ABŞ prezidenti Barak Obama martın 7-də bildirib ki, onun ölkəsi NATO-dakı müttəfiqləri ilə birlikdə Muammar Qaddafi rejiminin öz xalqına qarşı törətdiyi zorakılıqların dayandırılması üçün hərbi müdaxilə yolunu nəzərdən keçirir.

Prezident Obama bildirir ki, Qaddafi və onun ətrafı mülki şəxslərə qarşı zorakılıqlara görə cavab verəcəklər:

- Mən polkovnik Qaddafinin ətrafında olanlara çox aydın bir mesaj göndərmək istəyirəm. Necə hərəkət etmək onların öz seçimləridir. Amma onlar baş verən zorakılıqlara görə cavab verəcəklər.

Bu gün NATO-nun Baş katibi Anders Fogh Rasmussen bildirib ki, martın 10-u və 11-də alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşündə əsas müzakirə mövzularından biri Liviya hadisələri olacaq.

Rasmussen qeyd edib ki, hələlik NATO-nun Liviyada Qaddafi rejiminə hərbi müdaxilə niyyəti yoxdur, amma alyans hər ehtimala görə də bütün variantlara hazır olmalıdır.

Martın 7-də Qaddafinin nəzarətində qalan ordu hissəsləri Bin Cavad şəhərini müxalifətçilərin əlindən alıb, oradan da Ras Lanuf şəhərinə doğru istiqamət götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG