Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:59

Gates uşaqların ölümünə görə üzr istədi


ABŞ-ın Müdafiə naziri Robert Gates ötən həftə NATO-nun apardığı hava hücumları zamanı Əfqanıstanda uşaqların ölümünə görə üzr istəyib, bunu uğursuzluq adlandırıb. Martın 2-də NATO vertolyotu səhv hədəflərə atəş açaraq doqquz uşaqğı qətlə yetirib.

Martın 7-də əvvəlcədən elan edilmədən Əfqanıstana gedən nazir prezident Hamid Karzai ilə görü.görüşündən sonra mətbuat konfransında bildirib ki, 2014-cü ildə koalisiya qüvvələrinin Əfqanıstandan çıxmasından sonra da ABŞ əsgərləri bu ölkədə qalıb yerli hərbçilərə təlimlər keçəcəklər. Nazirin bildirdiyinə görə artıq bununla bağlı hər iki ölkənin hökumətləri arasında razılaşma da var.

Əfqanıstana ikigünlük səfəri zamanı Robert Gates bu ölkədə Taliban yaraqlıları ilə döyüşlər gedən bölgələrə də baş çəkməyi planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG