Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

Qərbdə yaranan, qərblilərin laqeyd olduğu 8 mart


Bu il 8 mart Beynəlxalq Qadınlar Gününün 100 illiyi qeyd olunur. Marqlıdır ki, Qadınlar bayramı kimi qeyd olunan 8 mart günü Qərbdə sosial-demokratiyasının ideyası olsa da Qərbdə elə də çox tanınmır. Ancaq sosial-demokratların güclü olduğu ölkələrdə nisbətən geniş qeyd olunur. Bunun əsas səbəbi sosialist ideyalarının totalitar kommunist ölkələri tərəfindən gözdən salınması oldu.

İlk dəfə Beynəlxalq qadınlar gününü 1911-ci ildə Martın 19-da Avstriya, Danimarka, Almaniya və İsveçrədə geniş şəkildə qeyd ediblər. 1 milyondan çox insan qadınlara seçki hüququ verilməsi, daha yaxşı iş şəraiti yaradılması və başqa hüquqlar uğrunda yürüşə qatılıblar. 8 mart rəsmi olaraq həmin ilin əks-sədası sayıla bilər.

Tarixdə 8 mart bayramı təşəbbüsün konkret adı da var - Alman kommunsti və qadın hərəkatının fəalı Klara Zetkina

Amma bundan da əvvəl əsl Beynəlxalq qadınlar gününün keçirilməsi təşəbbüsü 1908-ci ildə Amerikada irəli sürülüb və artıq 1909-cu ildə Ameriika Sosialist Partiyasının təşəbbüsü ilə qadınlar günü keçirilib.

Amerikada qadınlar gününə soyuq münasibətin əsasında təşəbbüsün solçular tərəfindən gəlməsidir. Qərbdə bu bayramı sosialist, bəzi ölkələrdə isə kommunist və ya bolşevik bayramı sayırlar.

New Yorkdakı Bernar College-in professoru Rosalind Rosenberg deyir ki, 1908-ci ildə New Yorkda martın 8-də 15 minə yaxın qadın ilk dəfə tətilə başlayıb. Onlar aşağı maaş və dözülməz iş şəraitinə etiraz ediblər.

Amerikada beynəlxalq qadınlar günü 4 il dalbadal rəsmi bayram kimi qeyd olunub. Amma Birinci dünya müharibəsinin başlanmasıyla bu ənənə davamını tapmayıb.

Washington 8 martı yenidən 1975-ci ildə, BMT-nin rəsmi qərarından sonra tanıyıb. O vaxta kimi isə bu günü sosialist bloku ölkələri sanki Qərbdəki Valentine günü sayağı bir bayrama çevribilər, gül və hədiyyə bayramına.

Bu il ABŞ prezidenti Barak Obama mart ayını Qadın ayı elan edib və amerikalıları Beynəlxalq Qadınlar gününü qeyd etməyə Beynəlxlaq qadınlar günü bütün dünya ölkələrində bir aksiyada keçirməyə çağırıb. “Hamımız yanaşı körpüyə” adlı bu kampaniya 48 ölkədə qadınları öz hüquqları uğruna körpüyə çıxmağa və haqq səslərini qaldırmağa çağırır. Aksiyada Avropa ilə yanaşı, Asiya və Afrika ölkələri də iştirak edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG