Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:09

Gənc fəal Etibar Salmanlının evinə polis gəlib


Bu barədə AzadlıqRadiosuna məlumat verən Etibar Salmanlı deyib ki, Bakının Bülbülə qəsəbəsində yerləşən evinə gələn polis onu axtarıb və səbəbini hansısa qadına sataşmaqla izah edib.

Etibar Salmanlı hesab edir ki, polisin onu axtarmasına səbəb martın 6-da şəhərin mərkəzi küçələrində «11 mart –Böyük Xalq Günü» adlı «Facebook» kampaniyasına qoşulmaq üçün vərəqələr yayması və bloqqer kimi fəallığıdır. O, güman edir ki, evlərinə gələnlər Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarıdır.

Etibar Salmanlı bildirir ki, polisə yalnız rəsmi çağırış gəldiyi təqdirdə gedəcək.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, Suraxanı rayon Polis İdarəsinin heç bir əməkdaşı Salmanlının yaşadığı ünvana getməyib:

«Görünür, bu gənc də son günlər vüsət alan polisə «qarayaxma» kampaniyasında adını hallandırmaqla ictimai diqqət cəlb etmək istəyir. Amma uğursuz cəhddir».

Günün bütün mövzuları

XS
SM
MD
LG