Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:25

Hakerlər Fransanın Maliyyə Nazirliyinə Hücum ediblər


Hakerlər Fransanın Maliyyə Nazirliyinin kompyuterlərinə girərək bu ölkənin Böyük 20-lik Qrununa rəhbərliyinə dair məlumatları axtarıblar. Bu barədə Maliyyə naziri Francois Baroin məlumat verib. Amma nazir hələlik kompyuterlərə kimlərin müdaxilə etdiyini deməyin tez olduğunu bildirir.

“The Paris-Match” jurnalı isə Maliyyə Nazirliyinin kompyuterlərinə Çində qeydiyyatdan keçmiş internet ünvanlarından keçən ilin dekabrından müdaxilələr başladığını yazır.

Nazirlik artıq bu hadisə ilə bağlı Fransa məhkəməsinəö müraciət edib və ölkənin gizli xidmətləri məsələni araşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG