Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:35

«Daha çox neft və qaz verəcəyik»


Qarşıya qoyulan vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün biz bütün qüvvələrimizi səfərbərliyə almalıyıq

Qarşıya qoyulan vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün biz bütün qüvvələrimizi səfərbərliyə almalıyıq

«Kommunist» qəzetinin 1958-ci il 15 noyabr tarixli sayında həmin dövrdəki neft hasilatı barədə məqalə yer alır.

DAHA MƏHSULDAR İŞLƏYƏCƏK, DAHA ÇOX NEFT VƏ QAZ VERƏCƏYİK

«Artyomneft»in kollektivi Sov.İKP XXI qurultayında N.S.Xruşşov yoldaşın məruzəsinin tezislərini böyük razılıq hissilə qarşılamışlar.

5-ci mədəndə estakada üzərində fəhlələrin, mühəndis-texnik işçilərin və qulluqçuların mitinqi olmuşdur. Operator Gəncəli Gəncəliyev öz çıxışında demişdir:

N.S.Xruşşov yoldaşın məruzəsinin tezisləri ilə tanış olduqda qəlbimiz sevinc hissilə dolur. Bu tezislərdə nəzərdə tutulan böyük planlar həyata keçirildikdən sonra Vətənimiz daha qüdrətli olacaq, zəhmətkeşlərin güzəranı daha da yaxşılaşacaqdır.
Planlarımızda yanacaq sənayesinin inkişafına böyük yer verilir. Məsələn, yeddi illik ərzində ölkədə neft hasilatı 2 dəfədən də çox, qaz hasilatı isə təqribən 5 dəfə artacaqdır. Qarşıya qoyulan vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün biz bütün qüvvələrimizi səfərbərliyə almalıyıq. Çətinliklər bizi qorxutmur. Bakı neftçiləri məsul vəzifələri yerinə yetirməyə adət etmişlər.

DÜNYADA BİRİNCİ YERƏ ÇIXACAĞIQ

Mədənimiz Xəzər dənizinin dibindən neft çıxarır. Havaların pis keçməsinə baxmayaraq bu il biz plandan əlavə 4 min ton duru yanacaq çıxarmışıq. Bundan sonra biz daha səylə işləyəcəyik.

Operator Boris Gerasimov öz nitqində demişdir:

«Yaxın 15 ildə ölkəmiz adambaşına məhsul istehsalına görə dünyada birinci yerə çıxacaqdır. Buna nail olmaq üçün bizim hamımız daha səylə çalışmalıyıq. Neft çıxarılmasında qabaqcıl üsullardan, çox məhsuldar texnikadan daha geniş istifadə etmək lazımdır. Bu sahədə biz bəzi işlər görmüşük. İndi biz yeni quyuları daha tez istifadəyə verməli, neft çıxarılması proseslərini avtomatlaşdırma və telemexanikləşdirmə işlərini sürətləndirməliyik. Mən əminəm ki, mədənimizin kollektivi öz qarşısında duran vəzifələri şərəflə yerinə yetirəcəkdir».

Mədənin işçiləri partiyanın XXI qurultayı şərəfinə ilin axırınadək plandan əlavə daha 500 ton neft çıxarmağı qərara almışlar.

Bu rubrikada çap edilən yazılar sadəcə Azərbaycanda sovet hakimiyyətinin ilk dövrlərindəki həyatı əks etdirir və ya kimisə ittiham və ya təqdir etmək məqsədi daşımır.

Günün bütün mövzuları

XS
SM
MD
LG