Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:38

Bəhreyndə ABŞ əleyhinə aksiya keçirilib


Bu gün Bəhreyndə şiə müxalifətinin nümayəndələri ABŞ səfirliyini qarşısında etiraz aksiyası keçiriblər. Aksiyaçılar Vaşinqtonu Tunis və Misirdə olduğu kimi onlara dəstək verməməkdə ittiham ediblər.

Bəhreyndə şiələr fevralın ortalarından etiraz aksiyalarına başlayıblar. Onlar hakimiyyətdə olan sünnilərin idarəçilik üsullarına etiraz edirlər.

Bəhreyn ABŞ-ın müttəfiqlərindən biridir. Bu ölkədə ABŞ-ın 5-ci dəniz qüvvələri yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG