Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:42

Ermənistanda sosial müdafiə


2011-ci ildə Ermənistanın dövlət büdcəsindən sosial müdafiə məqsədləri üçün 272 mlrd. dram vəsait ayrılıb. Əmək və sosial məsələlər nazirliyinin məlumatına görə, bu pulun təxminən 43 mlrd. dramı dövlət müavinətləri üçün nəzərdə tutulub.

Ermənistanda dövlət müavinətlərinin 3 forması var: 1-ci ailə müavinəti, 2-ci uşağa qulluqla bağlı müavinət və 3-cü uşaq doğularkən verilən birdəfəlik yardım.
Sonuncu yardım- birinci və ikinci uşaqda 50 min dram, 3 uşaqdan başlayaraq isə 430 min dram təşkil edir. 2 yaşınadək uşağa qulluqla bağlı verilən müavinət ayda 18 min dramdır.

Ailə müavinəti isə sosial təmin olunmamış ailələrə verilir. Hərçənd bəzən imkanlı ailələr də bu müavinət üçün müraciət edir və alırlar.

DOLAYI METOD 100 FAİZLİK NƏTİCƏ VERƏ BİLMƏZ


Əmək və sosial məsələlər nazirliyinin şöbə müdiri Astxik Minasyan:

Astxik Minasyan
«Təbiidir ki, dolayı metod 100 faizlik nəticə verə bilməz. Dünyanın heç bir ölkəsində 100 faizlik nəticə yoxdur. Bizim kimi keçid dövründə olan ölkələrdə yüksək nəticə mümkün deyil. Əgər 2007-ci ildə kasıb ailəlilərin 50 faizi sistemə qoşulmuşdusa, indi bu rəqəm 70-72%-dir».

Müstəqil iqtisadçı Samvel Avakyan deyir ki, yardımların ünvanının daha dəqiq seçilməsini təkmilləşdirmək lazımdır. Belə ki, onsuz da cüzi olan məbləğ bütün kasıb ailələrə çatmır:

«Məsələn çox eşitmişəm ki, təminatlı qadın yoldaşından rəsmi şəkildə ayrılıb, tənha ana kimi qeydiyyatdan keçib. Xaricdə zəngin övladları, mülkü olmasına baxmayaraq. Yəni, kasıb olmasa da elə sənədləşdirib ki, indi də müavinət alır».

Ermənistanın Milli Statistika Xidmətinin ötən ilin sonunda açıqladığı məlumata görə, Ermənistanda yoxsulluq həddi 31 min dram, işsizliyə görə, müavinət isə 18 min dramdır.

Son zamanlar ehtiyacı olan ailələri daha təminatlı ailələrdən fərqləndirmək üçün yeni metodlardan istifadə olunmağa başlanıb. Bütün ailələrin müvafiq sənədləri olsa da, ailə üzvlərinin məşğulluq, gəlir və mülkləri barədə məlumatlar yoxlanandan sonra onlara müavinət veriləcək.

Dövlət registri əhali barədə - kim harada yaşayır, ailə tərkibi haqda məlumat verir. Mülkiyyət üzrə dövlət reyestrindən əhalinin torpaq sahəsi, gözlənilən gəliri barədə öyrənirik. Və xüsusi nümayəndə heyəti isə ailənin mal-qarasının siyahısı barədə məlumat ötürür.

BMT-NİN HESABATINA GÖRƏ...


BMT-nin ərzaq məsələləri agentliyinin hesabatına görə, 8 aydır ardıcıl olaraq bütün dünyada ərzağın qiyməti bahalaşmaqdadır. Bu, bütün növ ərzağa aiddir, istisna təkcə şəkərdir.

Ekspertlər qeyd edir ki, Misir, Tunis və digər ölkələrdə kütləvi etiraz aksiyalarına ərzaq məhsulların qiymətinin kəskin artımı səbəb olub. Bəs görəsən ərzaq məhsulları, yanacaq və xidmətlər bahalaşdıqca paralel olaraq ailənin müavinəti də artırmı?

«Qazın qiyməti artandan sonra müavinətlərin baza hissəsi may ayından 10 mindən 13.5 min drama qaldırılıb».

«Pensiya və müavinətlər istehlak səbətindən aşağıdır».

Ötən ilin 2 ayı ərzində Ermənistanda pendirin qiyməti təxminən 30 faiz artıb. İqtisadçılar inflyasiyanı iqtisadi böhranla əlaqələndirir. Bütün dünyada qiymətlər artsa da, dövlət büdcəsindən dövlət müavinətləri üçün ayrılan vəsaitin həcmi növbəti ilin büdcəsi müzakirə olunana qədər artırılmayacaq.
XS
SM
MD
LG