Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:06

Liviyanın bir neçə şəhərində ağır döyüşlər gedir


Məlumatlara görə, Liviyada Gaddafiyə sadiq qüvvələr müxalifətin əlində olan şəhərlərlə hücumu davam etdirirlər.

Ölkənin şərqindəki Ras Lanuf və qərbindəki Misrata şəhərlərinin yaxınlığnda döyüşlər getiyi xəbər verilir.

Hakimiyyət artıq bu şəhərlərin hökumət qüvvələrinin nəzarətində olduğunu deyir.

Üsyançılar isə hadisə yerindən bu şəhərlərin onların əlində olduğunu xəbər verir.

Ras Lanuf şəhəri uğrunda döyüşlərdə üsyançıların mövqelərini atəşə tutan vertolyotun vurulduğu bildirilir.

Həmçinin döyüşlərdə fransalı jurnalistin yaralandığı xəbər verilir.
XS
SM
MD
LG