Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:28

Avropa Birliyi Liviyadakı vəziyyəti müzakirə edəcək


Avropa Birliyi ölkələrinin liderləri cümə günü Brüsseldə Liviyadakı vəziyyəti müzakirə edəcəklər.

Sammitə hazırlıq məqsədilə şənbə günü Liviyaya xüsusi komissiya göndərilib.

Missiya ölkədəki hümanitar vəziyyət və qaçqınların köçürülməsiylə tanış olacaq.

Tunisin mülki müdafiə agentliyinin məlumatına görə, təkcə cümə günü Liviya-Tunis sərhəddini 3 min adam keçib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə isə iğtişaşlar başlayandan bu yana ümumilikdə Liviyanı 100 minə yaxın adam tərk edib.
XS
SM
MD
LG