Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:23

KİTABA GÖRƏ TƏŞƏKKÜR


İsrailin baş naziri Benyamin Netanyahu Roma Papası 16-cı Benediktə yazdığı kitaba görə təşəkkür edib. Hansı ki həmin kitabda İsa peyğəmbərin yəhudilərin kollektiv günahı üzündən ölməsi tezisinin əsassızlığı sübut olunur.

«Mən Sizin bu qətiyyətinizə haqq qazandırıram, hansı ki, Siz özünüzün son kitabınızda yüz illər yəhudi xalqına qarşı nifrətə səbəb olan yalan ittihamları inkar edirsiz » deyə baş nazir yazır.

Roma Papası 16-cı Benedikt öz kitabında İsa peyğəmbərin ölümündə yəhudilərin ümumi günahını bir daha təkzib edərək İncildə bəzi sətirlərə yeni düzəlişlər təklif edir.
İsa peyğəmbərin çarmıxa çəkilməsində yəhudilərin günahlandırılması məsələsi neçə əsrlərdir ki, xristianlarla yəhudilər arasındakı münasibətlərə əngəl hesab edilir.

Orta əsrlərdə yəhudilərin günahlandırılması ideyasından daha tez-tez istifadə edilib.
1965-ci ildə İkinci Vatikan məclisi İsa peyğəmbərin ölümündə yəhudilərin kollektiv şəkildə günahlandırılması mövqeyindən imtina edib. Katolik kilsə rəsmi şəkildə yəhudilərin üzərindən bu ittihamı götürüb. Amma bu müqavimət indiyə qədər hələ də səngiməyib.

Yəhudi təşkilatlarının narazılığına səbəb olan son illərin hadisələrindən biri amerikalı aktyor Mel Gibsonun çəkildiyi «İsanın iztirabları» filmidir. Yəhudi təşkilatları hesab edilər ki, həmin filmdə hadisələr antisemitizmi alovlandıran təhlükəli rakursda təsvir edilib.

İSANI GÜNAHLANDIRANLAR ƏSLİNDƏ KİMLƏR İDİ?


Kitabının ikinci hissəsində («İsa Nazaretdəndir») Papa müqəddəs sətirləri bir də oxumağı təklif edir.

«Beləliklə özümüzdən soruşaq, İsanı günahlandıranlar əslində kimlər idi?»- deyə Papa yazır. Əlavə edir ki, İncildə Müqəddəs İoann bölümündə sadəcə olaraq «yəhudi» yazılıb. Amma İoann bölümündə işlədilən bu sözün heç bir halda bütün İsrail xalqına aidiyyatı ola bilməz. Necə olar bilər ki, bütöv bir xalq İsanın ölümünü tələb etsin, bu işdə iştirak eləsin?»-16-cı Benedikt soruşur. «Bundan əlavə İoann özü də İsa və onun tərəfdarları kimi yəhudi idi»-deyə Roma Papası yazır.

16-cı Benediktin fikirincə, burda söhbət qədim yəhudilərin baş kahinlərindən gedir, hansı ki, onlar İsanın çarmıxa çəkilməsini tələb edirdilər. Onlar hesab edirdilər ki, İsa özünü yəhudilərin çarı hesab etməklə dini qanunları pozub.

«MÜHÜM TARİXİ AN»

Yəhudi təşkilatları Papanın bu addımını böyük ruh yüksəkliyi ilə qəbul edirlər.

Yəhudi Antidiffomasiya Liqası onun bu sözünü «mühüm tarixi an» adlandırıb.
Amma heç də Papanın bütün jestləri yəhudilər tərəfindən şövqlə qarşılanmayıb.

Beləki iki il əvvəl Roma Papasının ikinci dünya müharibəsi dövründə bu postu tutan 12-ci Piyi müqəddəslər sırasına qəbul etmək planı da yəhudi təşkilatlarının narazılığına səbəb olub.

Yəhudi cəmiyyətində belə bir fikir var ki, ikinci dünya müharibəsi dövründə Roma Papası olan 12-ci Piy yəhudilərin soyqırımını (Holokost) dayandırmaq üçün yetərli addım atmayıb. Amma buna baxmayaraq Benedikt öz kitabında sələfini «yəhudilər üçün hamıdan daha çox iş görən mömin adlandırıb».

Yəhudi təşkilatları Papanı Piyin adının müqəddəslər sırasına salınması prosesini dayandırıb arxivləri açıb diqqətlə araşdırma aparmağa çağırıblar.

Bundan başqa 2009-cu ildə 16-cı Benedikt yəhudiləri qəzəbləndirən britaniyalı yepiskop Riçard Vilyamsonu katolik kilsəyə qaytarıb. Hansı ki, həmin yepiskop iddia edir ki, ikinci dünya müharibəsində nasistlər (Almaniya faşistləri) yəhudiləri qırmaq üçün qaz kameralarından istifadə etməyiblər və həbs düşərgəsində ölən yəhudilərin sayı isə son dərəcədə şişirdilib.

Sayta hazırladı: Maarif Çingizoğlu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG