Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:35

M.Ə.Rəsulzadənin vəfatından 56 il ötür


Bu gün şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və lideri olan Məhəmməd Əmin Rəsulzadənin vəfatından 56 il ötür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
1918-ci il mayın 28-də Rəsulzadənin rəhbərlik etdiyi Müsavat Partiyası Azərbaycanın istiqlalını elan edir və M.Ə. Rəsulzadə Milli Şuranın sədri seçilir.

1918-1920-ci illərdə dövlət quruculuğu , parlament seçkiləri və Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olur.

Amma 1920-ci il bolşevik inqilabından sonra, Demokratik Cümhuriyyət süquta yetirilir və digər cümhuriyyətçilər kimi Məhəmməd Əmin Rəsulzadə də uzun illər Türkiyə,
Rumıniya, Almaniya və Polşada mühacirətdə yaşamalı olur.

Məmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib və Ankaranın «Əsri» qəbristanlığında dəfn edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG