Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:38

Kabildə ABŞ əleyhinə nümayiş keçirilib


Əfqanıstanın paytaxtı Kabildə yüzlərlə adam martın 2-də 9 uşağın ölümünə etiraz olaraq nümayişə çıxıb.

Uşaqlar NATO qüvvələrinin Kunar əyalətində keçirdiyi hava əməliyyatı zamanı ölüb.

Əllərində uşaqların şəkillərini tutan nümayişçilər “Amerikaya ölüm” şüarları səsləndiriblər.

Beynəlxalq koalisiya qüvvələrinin komandanlığı bildirib ki, uşaqlar səhvən öldürülüb, hərbçilər onları bundan əvvəl hərbi bazaya hücum etmiş yaraqlılarla səhv salıblar.

Koalisiya qüvvələrinin baş komandanı general David Petraeus hadisəyə görə üzr istəyib.

Həmçinin ABŞ prezidenti Barack Obama Əfqanıstan prezidenti Həmid Kərzaiyə başsağlığı verib.
XS
SM
MD
LG