Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 23:45

İlham Əliyev həmsədrlərlə görüşüb


Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik ilə görüşüb.

AzərTAcın məlumatına görə, görüş Soçinin “Adler” Beynəlxalq hava limanında keçirilib. Hələlik danışıqların detalları barədə məlumat yoxdur.

Həmsədrlər hava limanında Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla da görüşüblər.

Bundan əvvəl Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olub və prezidentlər sonda birgə bəyanatla çıxış ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG