Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:24

Liviyadakı vəziyyətlə bağlı ziddiyyətli məlumatlar gəlir


Sübh tezdən Liviyanın paytaxtı Tripolinin küçələri və Gaddafinin iqamətgahının ətrafında intensiv atəş səsləri eşidilib.

Hakimiyyətin məlumatına görə, hökumət qüvvələri Ras- Lanuf şəhərində qələbəni, şəhərin üsyançılardan azad edilməsini qeyd edir.

Müxalifət isə şəhərin hələ də onların əlində olduğunu deyir.

Həmçinin Liviyanın dövlət televiziyası Zaviyə şəhərinin ələ keçirildiyini və hazırda hökumət qüvvələrinin ölkənin şərqindəki Benqazi şəhərinə hücuma keçdiklərini xəbər verib.

Müxalifət isə Sirt şəhərinin 80 kilometrliyindəki Navfaliyə şəhərində hökümət qüvvələri üzərində qələbə çalındığını xəbər verir.

İndiyədək ölkədə gedən silahlı toqquşmalarda yüzlərlə adamın öldüyü bildirilir.

Beynəlxalq aləm ehtiyat edir ki, bu ölkədə aylarla davam edən vətəndaş müharibəsinə çevrilə bilər.

Muammar Kaddafi Fransa mətbuatına müsahibəsində deyib ki, əgər o devrilsə ölkə Əl Qaidənin sığınacağına çevriləcək.
XS
SM
MD
LG