Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:26

Liviya müxalifəti Sirt şəhərinə doğru hərəkət edir


Liviyada Qaddafiyə sadiq qüvvələr yenidən üsyançıların Zaviyə şəhərindəki mövqelərinə hücuma keçiblər.

Yerli sakinlərin sözlərinə görə, hücuma 20-dək tank və artileriya qüvvələri cəlb olunub.

Bu günkü döyüşlərdə 30-dək adamın öldüyü xəbər verilir.

Ölkənin şərqində isə silahlı müxalifət qüvvələri Sirt şəhərinə doğru irəliləyir.

Hazırda müxalifətin əlində olan Benqazi şəhərindəki silah anbarında baş vermiş partlayışda isə 30-dan çox adam ölüb.

Hələlik partlayışın səbəbi bəlli deyil.
BMT-nin məlumatına görə fevralın ortalarından bu yana ölkəni 190 mindən çox adam tərk edib.
XS
SM
MD
LG