Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:13

Omanda neftçilər tətilə başlayıb


Ötən ay Omanda başlamış etirazlar ölkənin əsas neft regionuna yayılıb.

Ölkə paytaxtının 500 kilometrliyində yerləşən Haima mədəninin işçiləri şənbə günü oturaq tətilə başlayıblar.

Bu Associated Press agentliyi hökumət rəsmilərinə istinadla xəbər verir.

Aksiyaçılar neft sənayesindəki problemlərə diqqət yetirilməsini tələb edirlər.

Bundan əvvəl ölkədə korrupsiyaya qarşı mübarizə və siyasi islahatlar tələbilə kütləvi etiraz aksiyaları keçirilmişdi.

Ölkə lideri Sultan Qaboos bin Saidin bu gün 2 naziri işdən azad etdiyi bildirilir.

Bundan başqa ölkə rəhbəri 50 min yeni iş yeri yaradılmasını göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG