Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:53

Misirin İsgəndəriyyə şəhərində təhlükəsizlik xidmətinin binası boşaldılıb


Misirin İsgəndəriyyə şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin binası ordunun göstərişilə boşaldılıb.

Cümə günü binanı mühasirəyə almış aksiyaçılar onun boşaldılmasını tələb edirdilər.

Aksiya zamanı etirazçılara atəş açılıb və nəticədə 3 nəfər yaralanıb.

Baş prokurorluq insidenti araşdırmaq üçün xüsusi komissiya yaradıb.

Aksiyaçılar təhlükəsizlik xidmətini bu yaxınlarda ölkədə baş vermiş iğtişaşlar zamanı 350-dən çox adamın ölümündə ittiham edirlər.
XS
SM
MD
LG