Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:28

Liviyada Zaviyə şəhəri uğrunda ağır döyşlər gedir


Liviyada etirazçıların əlində olan Zaviyah şəhəri uğrunda ağır döyüşlər gedir.

Şahidlərin dediklərinə görə, Gaddafiyə sadiq qüvvələr döyüşlərdə tanklar, ağır silahlar və minaatanlardan istifadə edir.

Məlumatlara gürə üsyançılar şəhərin mərkəzinə çəkiliblər.

Bu şəhər paytaxt Tripolinin 50 kilometrliyində yerləşir.

Həmçinin Ras Lanuf şəhərində döyüş getdiyi xəbər verilir.

Üsyançılar şəhəri ələ keçirdiklərini deyirlər.

Amma bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Benqazi şəhərindəki silah anbarında baş vermiş partlayışda isə azı 27 adamın öldüyü xəbər verilir.

Partlayışın səbəbi hələlik bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG