Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:54

ABŞ-ın Ermənistandakı səfiri ölkədə demokratik islahatlara çağırır


ABŞ-ın Ermənistandakı səfiri Marie Yovanovitch, Yerevan, 20 dekabr 2010

ABŞ-ın Ermənistandakı səfiri Marie Yovanovitch, Yerevan, 20 dekabr 2010


ABŞ-ın Yerevandakı səfiri Marie Yovanovitch bildirir ki, Ermənistanda vətəndaş azadlıqlarının təmin edilməli və onların səsləri eşidilməlidir. O, AzadliqRadiosunun erməni xidmətinə müsahibəsində bir daha vurğulayıb ki, bu hüquqları vətəndaşlara Ermənistanın Konstitusiyası verib.

Səfir xatırladır ki, prezident Serj Sarkisyanın keçən ilin dekabrında etdiyi çıxışında da ölkənin demokratikləşməsinin zəruri olduğunu deyib. Sarkisyan həmin çıxışında bildirmişdi ki, indi mövcud olan siyasi vəziyyət daha dərin demokratik islahatlar olmadan ölkədə durğunluğa gətirib çıxara bilər.

Səfir Yovanovitch fevralın 28-də Yerevan Dövlət Universitetində çıxışı zamanı söylədiyi fikirləri bir daha təkrar edərək bildirib ki, siyasi hakimiyyətin və iqtisadi imkanların monopoliyaya alınması Ermənistan üçün olduqca ağrılı nəticələrə gətirib çıxara bilər:

- Əgər ideyalar, qərarlar yalnız bir mənbədən verilirsə, sözsüz ki, bu getdikcə durğunluğa aparıb çıxaracaq. Bizim fikrimizcə, bu, ölkənin iqtisadi sahəsinə də, siyasi həyatına da aiddir.

Səfir deyib ki, yarana biləcək problemlərin həlli üçün Ermənistanda şəffaf hökumət formalaşdırılmalıdır ki, xalqın səsini eşitsin, onun qarşısında məsuliyyətini hiss etsin. Səfir qeyd edib ki, bu cür məsuliyyətli hökumətlər ABŞ-ın daha yaxın dostlarıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG