Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:39

Ağyarpaq Qovaq təbiət abidəsi oldu


İlham Əliyev və xanımı Mehriban Əliyeva qovaq ağacının qarşısında xatirə şəkli çəkdirirlər, 14 oktyabr 2010
İlham Əliyev və xanımı Mehriban Əliyeva qovaq ağacının qarşısında xatirə şəkli çəkdirirlər, 14 oktyabr 2010
Baş nazir Artur Rasizadə Ağyarpaq Qovaq təbiət abidəsinin təşkil edilməsi haqqında qərar verib.

Hökumətin qərarı ilə Yevlax şəhərində Kür çayının sağ sahilində, Sahil parkında yerləşən, yaşı 200 il, hündürlüyü 40 metr və diametri 330 sm olan Ağyarpaq qovaq ağacına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib və həmin ağac Ağyarpaq Qovaq təbiət abidəsi adlandırılıb.

Ərazinin mühafizəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yevlax şəhər İcra Hakimiyyətinə tapşırılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG