Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:29
Martın 4-də Milli Məclis növbəti iclasına başlayıb. Gündəlikdə 18 məsələyə baxılması, eləcə də Ombudsmanın hesabatı nəzərdə tutulur.

Vitse-spiker Bahar Muradova deyib ki, ATƏT Parlament Assambleyasının ötən həftə başa çatmış qış sessiyasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun rəhbərinin dəyişdirilməsi təklifi ilə çıxış ediblər.

Spiker Oqtay Əsədov da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun fəaliyyətini tənqid edib:

«Bu təsisatın rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək. Seçkilər ərəfəsində Azərbaycana gələn institut rəhbərliyi ilə görüşdə onlardan soruşdum ki, siz hazır reseptlə gəlmisiniz, yoxsa normal müşahidə aparacaqsınız? Bildirdilər ki, bizim hazır reseptimiz olmur. Ancaq illərdir görürük ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu həmişə hazır reseptlə gəlir».

Oqtay Əsədov əlavə edib ki, AŞPA və ATƏT PA-nın qərarı qalır bir tərəfdə, 10-12 saat danışıq keçirir, sonra öz fikirlərini deyib gedirlər. Ona görə qurumun rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG