Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:24

Mübariz Qurbanlı: «ATƏT-in təşkil etdiyi tədbiri təşkilat özü təxirə salıb»


Mübariz Qurbanlı

Mübariz Qurbanlı

Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, YAP bu tədbirdə iştirak edəcəkdi, lakin təşkilatın özü tədbiri təxirə salıb:

«Biz bu tədbirə qatılacağıq. Əslində, YAP ölkədəki siyasi partiyalarla dialoq aparır».

Mübariz Qurbanlı siyasi partiyalar deyərkən parlamentdə təmsil olunan müxalif partiyaları nəzərdə tutduğunu bildirib.

ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə martın 7-8-də keçirilməsi planlaşdırılan siyasi partiyalarla hakimiyyətin dəyirmi masası təxirə salınıb. Tədbirdə Prezident Administrasiyası, Milli Məclisdən yüksək vəzifəli şəxslər, habelə 18 siyasi partiya təmsilçisinin iştirakı nəzərdə tutulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG