Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:29

Bakı-Belqrad-Sürix marşrutu üzrə aviareysin açılması planlaşdırılır


Aviareysin açılması iki ölkə arasında əlaqələri daha da genişləndirəcək

Aviareysin açılması iki ölkə arasında əlaqələri daha da genişləndirəcək

Yaxın gələcəkdə Bakı-Belqrad marşrutu üzrə birbaşa sərnişin aviareysinin açılması gözlənilir.

Bunu Serbiya-Azərbaycan Ticarət Palatasının prezidenti Mirko Baraç bildirib.

«Biz «Azərbaycan Hava Yolları» QSC-nin (AzAL) rəhbərliyi ilə görüşüb, Bakı-Belqrad marşrutu üzrə aviareysin açılması məsələsini müzakirə edəcəyik. İqtisadi baxımdan aviareysin əlverişli olması üçün ilkin olaraq reys Bakı-Belqrad-Sürix marşrutu üzrə açılacaq. Bu da, öz növbəsində sərnişin axınının artmasına səbəb olacaq», - deyə M.Baraç bildirib.

Onun fikrincə, aviareysin açılması iki ölkə arasında mövcud əlaqələri daha da genişləndirəcək, turizm sahəsində əməkdaşlığı gücləndirəcək. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG