Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:28

İ.Əliyev: "Neftin bahalaşmasına sevinmək lazım deyil"


“Neft Azərbaycanın əsas gəlir mənbəyi olsa da dünya bazarında onun qiymətinin artması heç də müsbət amil deyil.

Neftin qiymətinin qalxması idxal olunan bütün malların qiymətinin artmasına aparır”. Bunu prezident İlham Əliyev martın 1-də 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı

Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda deyib.
“Neftin barelinin 100 dollardan yuxarı olması böyük problemlər yarada bilər, o cümlədən də Azərbaycan üçün.

Çünki hələ ki, biz müəyyən dərəcədə idxaldan asılıyıq. Neftin bahalaşması istehsal olunan bütün başqa məhsulların bahalaşmasına gətirib çıxaracaq və o məhsul Azərbaycana idxal ediləndə artıq onun qiyməti daha da yüksək olacaq.

Ona görə biz öz ərzaq təhlükəsizliyimizi tam təmin etməliyik”,-deyə o vurğulayıb.
XS
SM
MD
LG