Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:47

İctimai Palatanın toplantısı keçirilib


Bu gün İctimai Palatanın Koordinasiya Şurasının yeni tərkibdə ilk toplantısı olub. Toplantı Müsavat Partiyasının qərargahında keçirilib.

AXCP sədri Əli Kərimlinin sədrliyi ilə keçirilən toplantıda kütləvi aksiyalar məsələsi, o cümlədən İctimai Palatanın üzvü olan Müsavat Partiyasının martın 12-də keçirmək istədiyi mitinq müzakirə olunub.

Koordinasiya Şurası Müsavat Partiyasının keçirəcəyi aksiyaya mənəvi və siyasi dəstək verəcəyini bəyan edib. İctimai Palata üzvlərinin öz iradələri ilə bu aksiyada iştirakını mümkün sayıb.

Bu gün QHT təmsilçisi Ənnağı Hacıbəyli və jurnalist Şahvələd Çobanoğlunun Koordinasiya Şurasından istefa verdiyi məlum olub.
XS
SM
MD
LG