Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:46

Ünvanlı sosial yardımla bağlı yeni layihə


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «Özünədəstək» ünvanlı sosial yardım layihəsinin sınaq işlərinə start verib. Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən verilən məlumata görə layihə Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Vahidli kəndində sınaqdan keçiriləcək. Məqsəd maldarlığı inkişaf etdirməkdir.

Vahidli kəndində ünvanlı yardım alan 52 ailədən 15 ailənin «Özünədəstək» layihəsinə cəlb edilməsi qərara alınıb. Layihənin şərtlərinə görə, ailənin mal-qara saxlamaq üçün tövləsi, ya da əkib-becərmək üçün torpaq sahəsi olmalıdır. Ailə veriləcək vəsaitlə təsərrüfatında hansı işlərin görüləcəyinə dair plan təqdim etməlidir.

İl ərzində Masallı, İsmayıllı və Quba rayonlarında da bu istiqamətdə pilot işlər aparılacaq. Gələn ildən layihə ölkənin bütün rayonlarını əhatə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG