Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:04

Zavodda yanğın olub


Sumqayıtda «Azərkimya» Dövlət Şirkətinə məxsus Etilen-Polietilen zavodunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, zavodunun sexlərindən birində polimer ayaqaltılar 200 kvadratmetr sahədə yanıb.

İlkin ehtimala görə, yanğın texnoloji prosesin pozulması nəticəsində baş verib.

Hadisə nəticəsində soyuducu qurğunun polietilendən hazırlanmış boruları yanıb. FHN-in əməkdaşı, çavuş Nizami Əsgərov tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG