Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:39

Elçin Behbudov təcridxanalarda monitorinq keçirib


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ağsu, Göyçay, Ağdaş, Yevlax və Mingəçevir şəhər polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib.

Bu haqda AzadlıqRadiosuna məlumat verən Elçin Behbudov deyib ki, məqsəd təcridxanalardakı istilik sistemi, saxlanılanların dərman preparatları ilə təmin olunması məsələsi, onlara işgəncə verilib-verilməməsini öyrənmək olub.

Elçin Behbudov bildirir ki, monitorinq zamanı ciddi qanun pozuntusu aşkar edilməyib.

Elçin Behbudov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyevlə görüşüb. Görüşdə məhkumların vəziyyəti, komitəyə daxil olan şikayətlər haqda müzakirə aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG