Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:59

Nemət Pənahlının həbs müddəti bir ay uzadılıb


Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onunla birlikdə saxlanan Ceyhun Fərzullayevin həbs qətimkan tədbiri bir ay müddətinə uzadılıb. Qərar martın 3-də Nəsimi rayon Məhkəməsində çıxarılıb.

Bu haqda AzadlıqRadiosuna Nemət Pənahlının vəkili Samir İsayev məlumat verib.
Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 8-də saxlanılmışdı. Onlar Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham olunur. Məhkəmə onların barəsində ikiaylıq həbs qətimkan tədbiri seçmişdi.

Nemət Pənahlı ilə Ceyhun Fərzəliyevin müdafiəçiləri bu ittihamı qondarma sayır, həbsinin siyasi sifarişli olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG