Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:39


Frans Press:

Putinin olduğu iddia olunan yay sarayı hay-küy qalxandan sonra satılıb.
Onu 350 milyon dollara Aleksandr Ponomarenko adlı bir biznesmen alıb. Qara dənizdəki Novorossiysk limanının keçmiş sahibi olan Ponomarenko Kommersant qəzetinə deyib ki, sarayı özünün Kiprdəki şirkəti vasitəsilə alıb.

Qara dəniz sahilindəki italyansayağı villanın Putinə məxsus olmasını dekabr ayında rus biznesmeni Sergey Kolesnikov Rusiya prezidenti Dmitri Medvedevə yazdığı açıq məktubda bildirmişdi.
Praskoveyevkadakı sarayın başqa görünüşü



Novaya Qazetanın apardığı araşdırma nəticəsində bu villanın sənədlərində Rusiya hökumətinin adı hallanırdı. Ancaq hökumət villa ilə əlaqəsi olmasını təkzib etdi.

Ponomarenko yay sarayının Putinə məxsus olmasını “jurnalistlərin fantaziyası” adlandırıb.
Ancaq o deyib ki, sarayı Nikolay Şamalovdan alıb. Nikolay Şamalov isə Putinin dostudur.

Sarayın içi

Rusiya prezidenti Medvedevə açıq məktub yazan Sergey Kolesnikov isə məsələnin qətiyyən bitmədiyini deyir.
Onun sözlərinə görə, əsas sual açıq qalır: sarayın tikinti pulunu kim vermişdi? Yəni sarayın sahibi kim idi?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG