Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:29

Azərbaycanda Milli Atlas hazırlanır


Bakı Kartoqrafiya Fabrikində hazırda Azərbaycanın Milli Atlası hazırlanır. Üç dildə (Azərbaycan, ingilis, rus) hazırlanması planlaşdırılan atlas üç ilə hazır olacaq.

Azərbaycanın Milli Atlası 1500 xəritə və 450 səhifədən ibarət olacaq və ölkənin sosial-iqtisadi, tarixi-mədəni həyatının bütün sahələrini əhatə edəcək. Bu barədə fabrikin rəhbərliyindən «Turan»a məlumat verilib.

MDB ölkələrində, o cümlədən Ermənistanda milli atlas çoxdan hazırlanıb. Azərbaycan bu məkanda belə atlası olmayan yeganə ölkədir.

Fabrikdə hazırda «Kompleks Atlas» üzərində son tamamlama işləri gedir. O, bu ilin martında satışa çıxarılacaq. Atlas 500 nüsxədən ibarət olacaq. 56 səhifəlik atlas ictimaiyyət və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.
XS
SM
MD
LG