Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:08
Azad Fikir İnstitu”nda şair Rasim Qaracanın “Siz ey , ordakılar” kitabının təqdimat mərasimi olub.

Tədbiri giriş sözü ilə açan müəllif qonaqları salamladı və təqdimat ənənəsindən danışdı.

Daha sonra o , yeni şeirlərindən bir neçəsini səsləndirdi.

Rasim Qaraca gələnlərə poeziyadan , ədəbiyyatdan danışmağı təklif etdi. İlk olaraq söz yazıçı Həmid Herişçiyə verildi.

Həmid bəy müəlliflə tanışlığından söhbət açdı, ədəbiyyatımızda yeni fikrin yaranması prosesinin tarixindən bəhs etdi.

Tərcüməçi Azad Yaşar konseptualizm və onun dünya ədəbiyyatındakı yerindən danışdı .

O , ölkəmizdə ədəbi nəzəriyyənin zəif olduğunu söylədi.

Jurnalist Çingiz Sultansoy müasir Azərbaycan ədəbiyyatını , onun indiki durumunu dəyərləndirdi və “underground” ədəbiyyatın vacibliyini qeyd etdi.

“Azad Yazarlar Ocağı”nın başqanı Aqşin Yenisey Rasim Qaracanı kitab münasibətilə təbrik etdi və ona yeni –yeni uğurlar arzuladı .

O , ədəbiyyatşunaslığımızın nəzəri tərəfinin kifayət qədər araşdırılmadığını, onun dünya ədəbi prorsesi ilə ayaqlaşa bilmədiyini söylədi.

Sonda müəllif oxucular üçün yeni kitabını imzaladı.

adyazar.az

Həmçinin oxu
Rasim Qaraca "Siz ey ordakılar" (Şeir)

Günün bütün mövzuları

XS
SM
MD
LG