Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

Dünya liderləri Pakistanın xristian nazirinin qətlini pisləyiblər


Bir sıra dünya liderləri Pakistanın yeganə xristian nazirinin öldürülməsini pisləyiblər.

Dini azlıqlar üzrə nazir Shahbaz Bhatti dünən İslamabadda işə getmək istəyərkən naməlum şəxslər tərəfindən güllələnib və hospitala aparılarkən yolda keçinib.

Hücuma görə, cavabdehliyi Əl-Qaidə və Pakistanın Taliban hərəkatı üzərinə götürüb.

O, küfr etməyə görə ölüm cəzasının yüngülləşdirilməsinin tərəfdarlarından idi və bu islahat təkliflərinə görə, ölümlə hədələnirdi.

Shahbaz Bhattiyə qədər küfr qanununu tənqid edən daha bir siyasətçi 2 ay əvvəl qətlə yetirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG