Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:09

ABŞ Liviyaya qarşı planları ölçüb-biçməyə çağırıb


Liviyada Qəddafi tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar davam edərkən, ABŞ bu ölkəyə qarşı hərbi müdaxilə planlarını ölçüb-biçməyə çağırıb.

Müdafiə naziri Robert Qeyts xəbərdarlıq edib ki, Liviya üzərində uçuşdan azad zona yaradılması ehtimalı ilk növbədə ölkənin hava hücumunun məhv edilməsini tələb edəcək.

Bununla belə, Vaşinqton mülki əhalinin müdafiəsi məqsədilə istənilən variantı istisna etmir.

Martın 2-də televiziya ilə çıxış edən Liviya lideri Müəmmar Qəddafi isə bir daha sonacan vuruşacağını deyib. Qərbin müdaxiləsinin «minlərlə insan» tələfatına səbəb ola biləcəyini bildirib.

Bu arada Qəddafiyə sadiq qüvvələr Breqada şəhərindən geri çəkiliblər.
XS
SM
MD
LG