Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:00

Astara sərhəd-buraxılış məntəqəsində 1 nəfər ölüb


Azərbaycanın Astara sərhəd-buraxılış məntəqəsində yaranmış növbə və sıxlıqda bir nəfər ölüb.

ANS-in məlumatına görə, çərşənbə günü səhər saat 9.20 radələrində Astara sərhəd- buraxılış məntəqəsindən İrana keçmək üçün saatlarla növbə gözləyən 61 yaşlı Zəhra İsmayılova dünyasını dəyişib.

Astara Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya şöbəsinin müdiri İqrar İmamverdiyev bildirib ki, onun ölümünün səbəbi meyidin daxili və xarici müayinəsinin laborator nəticələri bəlli olduqdan sonra məlum olacaq.
XS
SM
MD
LG