Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:21

Məktəb direktoru 9 il həbs cəzası aldı


Bakının Nizami rayonundakı 61 saylı orta məktəbinin direktoru Şölə Gülmalıyeva Bakı Ağır Cəza Məhkəməsinin martın 2-də çıxardığı hökmlə 9 il müddətinə azadlıqdan məhrum edildi. Şölə Gülmalıyeva rüşvət almaqda və saxtakarlıqda təqsirləndirilirdi.

Məhkəmənin gəldiyə nəticəyə görə, Şölə Gülmalıyeva Azərbaycan Beynəlxalq Universitetinin tarix və ictimaiyyat fakültəsini bitirmiş Günel İbrahimovanı rüşvətlə tarix müəllimi kimi işə qəbul edib. Buna görə o, Günel İbrahimovanın atası Mayıl İbrahimovdan 2 min 500 manat məbləğində rüşvət alıb.

Məhkəmə hökmünə görə, Şölə Gülmalıyeva 2006-2009-cu illərdə «Kapital Bank»ın 1 nömrəli Binəqədi filialında 922 vətəndaşın adına istehlak kreditləri rəsmiləşdirib. Vətəndaşların əvəzindən saxta imzalar etməklə, kredit müqavilələrinə əsasən rəsmiləşdirilmiş məbləğlər ona verilib.

Bank yaranmış kredit borclarını ondan tələb etdikdə o, ayrı-ayrı adamların əmlaklarını girov qoyub. Bununla da 900 min ABŞ dolları və 3 milyon 230 min manat ipoteka kreditini rəsmiləşdirərək həmin borcları ödəyib.

Hökümdə qeyd edilir ki, Gülmalıyeva həmçinin «Nikoil bank»dan da ayrı-ayrı adamların əmlaklarını girov qoymaqla külli miqdarda kreditlər götürüb və qaytarmayıb. Əmlaklar bankın hesabına keçib, bununla da əmlak sahiblərinə külli miqdarda zərər dəyib.

Ancaq məhkəmədə ifadə verən Şölə Gülmalıyeva elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəməboyu ifadələrində və verilən sualları cavablarında rüşvət almadığını, banklarla apardığı kreditləşmələri qanuni yolla etdiyini bildirib. Deyib ki, əmlaklar banklara əmlak sahiblərinin könüllü razılığı ilə qanuni şəkildə girov qoyulub. Lakin maliyyə bğhranı ucbatından banklara yaranmış əsas borcları və faizləri ödəyə bilmədiyindən əmlaklar banklara keçib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG