Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:24

Azərbaycanda yeni universitet yaradılır


Azərbaycan Dövlət Neft Şirkəti ölkədə müasir standartlara uyğun universitet yaratmaq fikrindədir.

Bu barədə APA agentliyi şirkətin prezidenti Rövnəq Abdullayevə istinadla xəbər verir.

Onun sözlərinə görə, Bibiheybətdə yaradılacaq universitet yüksək səviyyəli neft mütəxəssislərinin hazırlanması ilə məşğul olacaq və artıq bununla bağlı Dövlət Neft Şirkəti Aberdin Universiteti və Hyuston Neft İnstitutu ilə danışıqlar aparır.

R.Abdullayev həmçinin yaxın illərdə Bakı ətrafında iri neft emalı, neft-kimya və qaz-kimya kompleksləri tikiləcəyini bildirib.

Sumqayıtda isə kimya texnoparkının yaradılması nəzərdə tutulub ki, bu 10 min yeni iş yerinin açılmasına səbəb olacaq.

Həmçinin Sumqayıtda karbomid zavodunun tikintisi nəticəsində 3 min yeni iş yerinin açılacağı gözlənilir.
XS
SM
MD
LG