Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:48

Məcburi köçkünlərin tutduğu mənzillər 3-4 ilə sahiblərinə qaytarılacaq


Əli Həsənov
Əli Həsənov
«1992-98-ci illərdə məcburi köçkünlər harada məskunlaşıbsa, öz yurdlarına qayıdana və ya həmin şəxslərə yeni şəraitdə mənzillər təklif olunana qədər o mənzillərdən çıxarılması dayandırılır. Ölkə prezidentinin bununla bağlı sərəncamı var və biz bu sərəncamın icrasına nəzarət edirik».

Bunu martın 2-də Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

O bildirib ki, bəzi hallarda bu sərəncamın icrası pozulur:

«Ancaq yerli əhali ilə məcburi köçkünlər arasında mübahisə yaratmamaq üçün ölkə prezidenti Dövlət Proqramına əlavələrdə bu prosesi tənzimləyəcək bənd nəzərdə tutub. Qərara əsasən, Bakı və Sumqayıt şəhərlərində 1992-93-cü illərdə yerləşdirilmiş olan ailələrin növbəti 3-4 il ərzində tədricən çıxarılması və onların yeni mənzillərə köçürülməsi, həmin mənzillərin isə əvvəlki sahiblərinə qaytarılması nəzərdə tutulub. Hesab edirəm ki, bu problem tədricən həll olunacaq».

Ə. Həsənov bildirib ki, Avropa Məhkəməsi tərəfindən mənzil hüquqları pozulmuş 14 ailə ilə barədə qərar çıxarılıb:

«Bizim tərəfimizdən həmin mənzillərdə məskunlaşan köçkünlər çıxarılıb və mənzillər öz sahiblərinə qaytarılıb. Bu tendensiyanın daha da aktivləşməməsi üçün prezident Dövlət Proqramına məlum əlavəni edib. Biz Avropa Məhkəməsini də məlumatlandırmışıq ki, dövlət bu problemlə məşğuldur. Tədricən biz bu evləri sahiblərinə qaytaracağıq». /APA/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG