Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:17

Bakıda beynəlxalq investisiya sammiti keçirilir


Bakıda iki günlük Azərbaycan investisiya sammiti işə başlayıb.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən 40-dan çox şirkətin təmsilçiləri iştirak edir.

Konfransı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi «Euroconvention Conferences» şirkətinin dəstəyi ilə keçirir.

Xarici şirkətləri maliyyə, kənd təsərrüfatı, tikinti, alternativ enerji sektorları maraqlandırır.

Sammitdə ABŞ, Almaniya, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Fransa, Honq-Konq və s. ölkələrdən investorlar iştirak edir.

Azərbaycanın İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycanda siyasi və iqtisadi sabitlik var, qonşu ölkələrdəki qeyri-sabitlik fonunda ölkə xarici investorlar üçün cəlbedicidir.

«Azpromo»nun icraçı direktoru Adil Məmmədov isə deyib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına $95 mlrd investisiya qoyulub:

«Bundan $52 mlrd xarici investorların payına düşür. Xarici investisiyaların 36%-i birbaşadır. Bu, ölkədəki əlverişli investisiya mühitindən xəbər verir».

Xarici biznesmenlər Azərbaycanda 7 gün olacaq. /Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG