Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:18

Əlaçı abituriyentlərin 3.85%-i 200 baldan aşağı nəticə göstərib


2010-cu ildə Bakı abituriyentlərinin çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub.

Paytaxtın əlaçı abituriyentlərinin 3.85%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 74.18%-dir.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaydığı məlumatda deyilir.

Martın 2-də Bakıda 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirilib.

Müşavirədə Təhsil naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, orta ümumtəhsil məktəblərinin direktorları və müəllimləri iştirak ediblər.

TQDK bildirir ki, ötən il Bakıda tələbə adı qazanan məzunların 36%-i dövlət, 0.8%-i özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 49.97%-i dövlət, 13.23%-i özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG