Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 19:53

Gömrükdə monopoliyanın götürülməsi İrana axını artırıb


«İnsanları orada dəmir barmaqlıqların arasına salırlar»
«İnsanları orada dəmir barmaqlıqların arasına salırlar»
Martın 2-si səhər İrana getmək istəyən Astara rayon Şiyəkəran kənd sakini 61 yaşlı Zəhra İsmayılova bu rayonun sərhəd-keçid məntəqəsində vəfat edib. Yaxınlarının dediyinə görə, mərhum şəkər xəstəsi olub, İrana müalicəyə gedirmiş. İrana getmək istəyənlərin arasında qarışıqlıq düşüb, nəticədə xəstənin səhhəti ağırlaşıb. Yaxınları deyir ki, səhhəti ağırlaşan Zəhra İsmayılovanı vaxtında növbədən çıxarda bilməyiblər.

HƏR GÜN İRANA 3000-3500 AZƏRBAYCANLI KEÇİR...


Rayon polis şöbəsində faktı təsdiq ediblər. Şöbədən bildiriblər ki, son günlər İrana gedənlərin sayı artıb. Onların bildirməsinə görə, hər gün bu məntəqədən İrana 3000-3500 Azərbaycanlı keçir.

Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyinin Astara rayon şöbəsinin müdiri İqrar Əliyev bildirib ki, Z.İsmayılova ürək partlamasından ölüb.

MONOPOLİYA GÖTÜRÜLÜB


Astara şəhər sakini Vidadi Mirzəyev isə deyir ki, gömrükdə bir çox kənd təsərrüfatı məhsulları üzərindən monopoliya götürülüb. İranda ucuz olan malların Azərbaycana gətirilməsi asanlaşıb. Buna görə də hər gün sərhəddə böyük növbələr müşahidə olunur:

İranda ucuz olan malların Azərbaycana gətirilməsi asanlaşıb
«Adamlar ordan mal gətirib, burada satırlar. Adamların hərəkət etməsi üçün hər iki tərəfdən dəmir barmaqlıqlar düzəldilib. Növbəyə düşən şəxs ordan çıxa bilmir».

Sabiq gömrük xidməti kapitanı Elman Hüseynov düşünür ki, Astara keçid məntəqəsi dünya standartlarına cavab vermir:

«İnsanları orada dəmir barmaqlıqların arasına salırlar. Bu məntəqə gündə 1000 nəfərə xidmət etmək üçün nəzərdə tutulub. Əslində müalicəyə gedənlər üçün şərait yaradılmalıdır».

QIZIL YÜRÜŞÜ...

İş adamı Fayıq Cəfərov isə deyir ki, Astara gömrükxanasında olan vəziyyət Avropalıların vaxtı ilə Alyaskaya etdikləri qızıl yürüşünə oxşayır:

«İnsanlar gündə 2-3 manat qazanmaq üçün min əzaba qatlaşırlar. Bunların halına qalmaq əvəzinə Astarada bir il ərzində iki dəfə muzey inşa ediblər».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG