Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:48

Azərbaycan və Sloveniya arasında hərbi əməkdaşlıq sazişi imzalanıb.


Saziş Sloveniyanın Müdafiə naziri xanım Lyubitsa Yelusiçin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına əsasən, Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev sloveniyalı həmkarına bölgədə mövcud hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən danışıb. O qeyd edib ki, münaqişənin dinc şəkildə həll olunmasına maneçilik törədən Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmək istəmir.

«Bu zaman ərazilərini azad etmək üçün Azərbaycanın öz suveren hüquqlarından istifadə etməsi qaçılmaz olacaqdır ki, bu da bütövlükdə regionda daha gərgin vəziyyətin yaranmasına rəvac verəcək», - deyə Səfər Əbiyev bildirib.

Görüş zamanı nazirlər digər mühüm məsələlər haqda da fikirlərini bölüşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG