Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:19

Zamin Hacı söz azadlığı mükafatına layiq görülüb


Zamin Hacı
Zamin Hacı
Fritt Ord (Oslo) və ZEIT (Hamburq) fondları 2011-ci ildə 6 nominasiya üzrə media mükafatlarını təqdim edir.

Mükafata 4 jurnalist, bir qəzet və bir internet portalı layiq görülüb. Onlar jurnalistlər Natalya İvanişina (Rusiya), Zamin Hacı (Azərbaycan), Marina Koktiç (Belarus) və Natalya Liqaçova (Ukrayna), həftəlik «Çernovik» qəzeti (Rusiya) və A+1 internet portalıdır (Ermənistan).

Fondların məlumatında bildirilir ki, Zamin Hacı «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinə yazılar yazır:

«Zamin Hacı pis idarəçilik, hakimiyyətdən sui-istifadə və korrupsiya halları barədə məqalələr, şərhlər və kəskin köşə yazıları yazır. O, ölkənin ən yaxşı tədqiqatçı jurnalistlərindən sayılır. Özünün ironik yazı üslubuna görə tanınır. Dəfələrlə təzyiqlərə, hədə-qorxulara məruz qalıb».

Mükafatın məbləği 10 000 avrodur.

Onun namizədliyini Bakıdan Şahvələd Çobanoğlu, Oslodan İnsan Hüquqları Evi və Norveç Helsinki Komitəsi irəli sürüb.

Mükafatları təqdimetmə mərasimi Norveç Nobel İnstitutunda iyunun 15-də keçiriləcək.

Bu mükafat Almaniyanın Tsayt-Ştiftunq Fondunun (ZEIT-Stiftung) və Norveçin «Söz azadlığı» Fondunun dəstəyilə təsis olunub.

2009-cu ildə «Bizim Yol» qəzetinin jurnalisti Natiq Cavadlı, 2008-ci ildə «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov, 2007-ci ildə isə «Turan» İnformasiya Agentliyi bu mükafata layiq görülmüşdü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG