Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:32

«Hakimiyyət Fətullayevi hələ də siyasi motivlərlə təqib edir»


Eynulla Fətullayev
Eynulla Fətullayev
Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Qrupu Avropa Şurası Nazirlər Komitəsini 8-10 mart tarixli iclasında həbsdə olan jurnalist Eynulla Fətullayevin dərhal buraxılmasını tələb etməyə çağırıb.

2010-cu ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevin dərhal azad edilməsi haqda qərar çıxarmasına baxmayaraq, o, hələ də həbsdə saxlanılır:

«Azərbaycan hökumətinin Nazirlər Komitəsi qarşısında Avropa Məhkəməsinin bu iş üzrə qərarının icrası haqqında hesabat verməsinin vaxtı çatıb. Azərbaycan hakimiyyəti Fətullayevi hələ də siyasi motivlərlə təqib edir. Bu da Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsindəki öhdəliklərinin pozuntusudur», deyə «ARTICLE 19»un icraçı direktoru Aqnes Callamar bildirib.

«ARTICLE 19», Jurnalistləri Müdafiə Komitəsi, «Senzura İndeksi» və Media Hüququ İnstitutu martın 1-dən 3-ə qədər Avropa Şurasına nümayəndə göndərəcək. Azərbaycanın Avropa Məhkəməsinin Eynulla Fətullayevin işi üzrə qərarını icra etməkdən boyun qaçırmasından narahatlıqlarını Nazirlər Komitəsinin nümayəndələrinə çatdıracaqlar.

«Azərbaycan hakimiyyəti onu uydurma narkotik saxlamaq ittihamı ilə həbsdə saxlamaqda davam edir».

«Mətbuat azadlığı üzrə bu qrupların səfəri «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun hələ də üstü açılmamış qətlinin altıncı ildönümü ilə (2005) eyni vaxta təsadüf edir. Hüseynov Azərbaycan hakimiyyətinin ünvanına bir sıra tənqidi məqalələr dərc etdikdən sonra naməlum şəxslər tərəfindən güllələnmişdi».

Elmar Hüseynovun qətlə yetirildiyi vaxtdan Azərbaycanda hökuməti tənqid edən jurnalistlərə qarşı zorakılıq, onların təqibi, həbsi, onlara hücum edənlərin cəzalandırılmaması davam edir.

«Azərbaycan tənqidi fikirlərin dilə gətirilməsi üçün təhlükəli yerdir. Nə qədər ki gec deyil, ifadə azadlığı hüququmuzun müdafiəsinə yardım etmək üçün bizə Avropa Şurası kimi orqanlar lazımdır. Gələn həftə keçiriləcək insan hüquqları üzrə iclas Nazirlər Komitəsinin daha sərt mövqe tutması üçün yaxşı imkandır», - deyə Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG