Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 18:45

Erməni müxalifəti həlak olanların ailələrinə 1 milyon dollar tələb edir


Yerevanda müxalifətin mitinqi, 1 mart 2011
Yerevanda müxalifətin mitinqi, 1 mart 2011
Yerevanda keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin kütləvi etiraz askiyası keçirilib.

Ter-Petrosyan mitinqdə çıxışında deyib ki, üç il əvvəl martın 1-də baş vermiş haqisələrdən sonra rejim prezident və parlament hakimiyyətini “cinayətkar yollarla” mənimsəyib. Son üç ildə ölkə diktatura şəraitində idarə olunub, söz azadlığı, əsas insan haqları məhdudlaşdırılıb.

Ter-Petrosyan Avropa Şurası həmməruzəçilərinin martın 15-də Ermənistana səfəri ərəfəsində bütün siyasi məhbusları azad etməyə çağırıb. O, həmçinin 2008-ci il martın 1-də baş vermiş hadisələrin araşdırılması üçün beynəlxalq müstəqil komissiyanın yaradılmasını, ya da beynəlxalq ekspertlərin də iştirakı ilə faktaraşdırıcı qrupun fəaliyyətinin bərpa olunmasını tələb edib.
Keçmiş prezident Ter-Petrosyan

Keçmiş prezident bundan başqa, 1 mart hadisələri zamanı həlak olanların ailələrinə 1 milyon, yaralılara isə 100 min dollar kompensasiya verilməsini tələb edib.

Ter-Petrosyan deyib ki, son illər aparılan siyasət Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini faktiki olaraq mümkünsüz edib və vəziyyət yeni münaqişə həddinə gəlib. O, hakimiyyəti həm də Ermənistanda anarxiya, qanunsuzluq, monopoliyalarla əhalini var-yoxdan çıxarmaqda, ölkədə kasıblığın sürətlə genişlənməsində ittiham edib.

Etiraz askiyası 2008-ci ilin mart toqquşmalarının ildönümü günü keçirilir. Həmin il fevralın 19-da keçirilmiş prezident seçkisinin saxtalaşdırıldığını deyən Ter-Petrosyan tərəfdarlarının mitinqi martın 1-dən 2-ə keçən gecə dağıdılmışdı. Toqquşmalarda 10 nəfər, o cümlədən də iki əsgər öldürlümüşdü. İndiki prezident
Polis paytaxt Yerevana gedən yollarda keşik çəkir, 1 mart 2011
Serj Sarkisyanın qalib elan edildiyi həmin seçkidən sonra ölkədə fövqəladə vəziyyət elan edilmiş, yüzlərlə adam həbs olunmuşdu.

Bugünkü mitinqdə 1 mart hadisələrində zərərçəkənlərin yaxınları da çıxış ediblər.
Müxalifət yeni mitinqini martın 17-ə təyin edib.

Mitinqin təşkilatçıları deyirlər ki, bu gün səhərdən paytaxtın kənarlarından Yerevana ictimai nəqiliyyatın hərəkəti dayandırılıb. Onlar bildirirlər ki, hökumət bununla mitinqə gələnlərin qarşısını almağa çalışır. Buna görə paytaxta işə və ya ali məktəblərə getmək istəyənlər də yollarda qalıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG