Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:34

“Ədəbi Azadlıq” hekayə müsabiqəsi başlanır!


Ən maraqlı və ən obyektiv

Əvvəlindən axırınacan maraqla izlənən, hər bir mərhələsi iştirakçılar və oxucularla dialoq şəraitində, şəffaf keçirilən "Ədəbi Azadlıq" qısa hekayə müsabiqəsi bu il də baş tutacaq.

Yaxın həftələrdə başlanacaq “Ədəbi Azadlıq - 2011” müsabiqəsinin şərtləri əsasən keçən ilki kimidir. (Müsabiqə 2010-cu ildən keçirilir)

MÜSABİQƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN 20-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLİB.

Amma hekayələr üçün heç bir mövzu məhdudiyyəti yoxdur.

Hekayələr İnternet məkanında çap edilməmiş olmalıdır. Amma şərtlərə bəzi dəyişikliklər də edilib.

Hər bir müəllif müsabiqəyə yalnız bir hekayə göndərə bilər.

Amma bunun əvəzində hekayələrin maksimum işarə həddi 7 mindən 9 minə qaldırılıb.

Müsabiqədə təxəllüslə iştirak etmək olmaz.

Müsabiqə 3 mərhələdə keçiriləcək

Keçən ilki ilk müsabiqəmizdə olduğu kimi hər bir münsif - bütün hekayələri oxuyacaq.

Amma hekayələr münsiflərə imzasız təqdim ediləcək.

İlk mərhələdə münsiflərin hər biri hekayələrin içindən ən yaxşı hesab etdiyi 10 hekayəni seçib 1-dən 10-can balla qiymətləndirəcək.

Münsiflər biri-digərinin kimliyini sonadək bilməyəcək.

"Ədəbi Azadlıq - 2010" müsabiqəsinə göndərilmiş 50 seçmə hekayənin çap olunduğu kitab
Münasiflərin ilk mərhələdə verdikləri ballar əsasında müsabiqənin 10-luğu müəyyən ediləcək.

İkinci mərhələdə 10-luq – müəlliflərin adı göstərilməklə - “Oxu zalı”nda səsverməyə çıxarılacaq.

Bu dəfə - oxucular öz seçimini edəcək.

Və üçüncü mərhələdə münsiflər 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyən etmək üçün 10-luqdakı hekayələrə əlavə ballar verəcəklər.

Onlar oxucuların səsverməsinin nəticəsini nəzərə ala bilərlər.

Beləliklə 1-ci və 3-cü mərhələlərin nəticələrinə əsasən münsiflərdən ən çox bal alanlar müsabiqənin mükafatçıları olacaqlar.

Müsabiqənin baş mükafatı notebook, ikinci və üçüncü mükafatları isə netbook-lar olacaq

Hekayəsi 10-luğa düşən digər iştirakçılar da mükafatlandırılacaq.

Müsabiqəyə göndərilmiş hekayələrdən 50-si ayrıca kitab halında çap ediləcək.

Müsabiqə üçün hekayələri hələ ki "Oxu zalı"na göndərməyə ehtiyac yoxdur. Bunun üçün konkret tarix və e-mail ünvanı elan ediləcək.

Müsabiqənin şərtləri haqda hər bir mərhələ ərəfəsində daha detallı məlumat verəcəyik.

Amma aydın olmayan detallarla bağlı sualları indidən də aşağıdakı şərhlər bölümünə yerləşdirmək olar.


Həmçinin oxu
“Ədəbi Azadlıq” mükafatının qalibi açıqlandı
"Ədəbi Azadlıq-2010" müsabiqəsinin mükafatlandırma mərasimi (VİDEO)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG